Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 2 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.3.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Tural İlham oğlu Vəliyevin yanına qısamüddətli görüşə gəlmiş anası, Bərdə rayonu, Lək kəndində yaşayan vətəndaş Ceyran Qubad qızı Hüseynovanın üzərinə baxış keçirilən zaman, alt paltarında gizlədilmiş bir ədəd “Nokia C3” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.