Həbsdən adam "çıxartdıran" məhkəmədə azad edildi
04 aprel 2017 11:55 (UTC +04:00)

Həbsdən adam "çıxartdıran" məhkəmədə azad edildi

0

Həbsdən azadlığa adam çıxartmaqda təqsirləndirilən Elçin Əlimərdanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilib. E. Əlimərdanov məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, Elçin Əlimərdanov qonşusunun qohumunu həbsdən azad edəcəyi adı altında ondan 17 min manat pul alıb. Lakin o verdiyi vədə əməl etməyib. Zərərçəkmişin şikayəti əsasında E. Əlimərdanov həbs edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzlu) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar