Həbsdə olan sabiq deputatla bağlı YENİ QƏRAR
25 fevral 2019 12:05 (UTC +04:00)

Həbsdə olan sabiq deputatla bağlı YENİ QƏRAR

Sabiq deputat Hüseyn Abdullayevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində  hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə H.Abdullayevin həbs müddəti daha 3 ay uzadılıb.

Rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Səlcuq Elçin

Oxşar yazılar