Dələduzluqda ittiham olunan prodüser Emin Mansurovun yanvar ayının 28-də Yasamal
rayon Məhkəməsində ikinci dəfə məhkəmə prosesi keçiriləcək. Lent.az-ın məlumatına
görə, Emin Mansurov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham
olunur.
Prodüserdən şikayətçi olan qadın iddia edir ki, Emin Mansurov onun etimadını
qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl
etməyib.
Prodüser isə ona qarşı itəli sürülən iddialarla razılaşmır.
Qeyd edək ki, Emin Mansurov “MM production”ın rəhbəridir.