
Hava zərbələri 27 nəfərin həyatına son qoydu
Suriyada havadan endirilən zərbələr 27 nəfərin ölümünə səbəb olub.
APA "amerikanınsesi"nə istinadən xəbər verir ki, dövlət mediası bu hücumlardan az sonra yaraqlıların hökumət binalarını hədəf aldığını və nəticədə 7 nəfərin həyatını itirdiyini bildirib.
Son zamanlar iki tərəf arasında artan silahlı qarşıdurmalarda çoxsaylı insan həlak olub.
Eyni zamanda Maaret Əl-Numan şəhərində həyata keçirilən hücumlar zamanı 30-dan artıq insanın xəsarət aldığı bildirilir.
BMT Suriyada humanitar vəziyyətin getdikcə ağırlaşdığını açıqlayıb. Milyonlarla insan ehtiyac içərisindədir.
Bildirilib ki, 33 mindən artıq insan didərgin düşüb. Müharibə zonasında çoxsaylı insanın ilişib qaldığı vurğulanıb.
BMT 70 mindən çox insanın Əl-Hol düşərgəsinə sığındığını və onların əksəriyyətinin İslam Dövləti yaraqlıları tərəfindən ələ keçirilən Deir-Ez-Zur bölgəsindən olduğunu bildirib.
Oxşar yazılar

Yekaterinburqda daha bir azərbaycanlının həbs müddəti uzadıldı
2 iyul 2025 , 10:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq
2 iyul 2025 , 10:45
Yekaterinburqda baş verənlərlə bağlı cinayətkar cəzasını alacaq - RƏSMİ
2 iyul 2025 , 10:42
Yekaterinburqda baş verənlərlərlə bağlı Azərbaycanda niyə istintaq aparıldı? - SƏBƏB
2 iyul 2025 , 10:36
Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub - RƏSMİ
2 iyul 2025 , 10:33
Azərbaycanla İran sərhədi pozuldu - 10 kilodan çox narkotik
2 iyul 2025 , 10:31
Əri tərəfindən bıçaqlanan qadın xəstəxanada öldü - YENİLƏNİB
2 iyul 2025 , 02:25