Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlərdən birində orta əsrlərə aid sikkə aşkar olunub. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün hava limanına gələn Türkiyə vətəndaşı Oğuz Akifin əl yükünə gömrük baxışı zamanı ona məxsus çantadan 68 ədəd qədim sikkə aşkar edilərək götürülüb.
Həmin predmentlər tədqiqat məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyinə göndərilmiş və muzeyin ekspert rəyinə əsasən, 68 ədəd sikkə orta əsrlərə (XIII-XVII) aid olub, həmin dövr Azərbaycan dövlətçiliyinin pul vahididir və arxeoloji qazıntılarda aşkar edilib.
Həmin əşyalar Azərbaycan milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilib və onların ölkə ərazisindən aparılmasına icazə verilmir.