Hava limanı yolunda qəza törədənin və ölənin kimliyi bilindi - YENİLƏNİB
30 avqust 2013 23:08 (UTC +04:00)

Hava limanı yolunda qəza törədənin və ölənin kimliyi bilindi - YENİLƏNİB

*Bu gün Bakıda aeroport yolunda qəza törətmiş sürücünün və həlak olan piyadanın adları məlum olub. APA-nın məlumatına görə, Suraxanı Rayon Polis İdarəsindən APA TV-yə bildiriblər ki, Heydər Əliyev prospektində maşınla vurulan piyada 1991-ci il təvəllüdlü qadındır. İlkin məlumata görə, onun adı Günay Məmmədovadır.  

 

Onu Verdiyev Təhmin Rəhman oğlunun idarə etdiyi BMW X5 markalı avtomobil vurub.

 

Hadisə şahidləri maşınla vurulan piyadanın üzərindən bir neçə maşının keçdiyini bildirib. Polis əməkdaşları isə bu məlumatın həqiqətə uyğun olub-olmamasının dindirmələrdən sonra məlum olacağını deyib. Lakin onlar bildirib ki, meyit tanınmaz halda olub.

 

Hazırda hadisəni törədən avtomobilin sürücüsü tibbi müayinədən keçirilir.

 

Qeyd edək ki, hadisə yerinin bir neçə metrliyində yerüstü piyada keçidi var. Amma həlak olan piyada keçiddən istifadə etməyib.

***

22.18

Bakıda aeroport yolunda bir-birinin ardınca iki ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hər iki hadisə axşam saatlarında qeydə alınıb.

 

BMW markalı avtomobil yolu keçən, şəxsiyyəti hələ dəqiqləşməmiş 18-20 yaşlı qızı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Aeroport yolunda baş verən digər qəza yolun Xəzər rayonundan keçən hissəsində qeydə alınıb. “Mercedes”, “Nissan”, VAZ-2107 və KİA markalı avtomobillərin toqquşması ilə nəticələnən zəncirvarı yol qəzasında ölən olmasa da, maşınların hamısına ciddi ziyan dəyib. Polisdən həmçinin bildirilib ki, qəza nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

 

Hər iki faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2566
avatar

Oxşar yazılar