Dənizdə batan uşağın meyiti Rusiyada tapıldı - YENİLƏNİB
08 avqust 2019 11:08 (UTC +04:00)

Dənizdə batan uşağın meyiti Rusiyada tapıldı - YENİLƏNİB

0
Fövqəladə Hallar Nazirliyi Nabranda baş verən suda boğulma faktı ilə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, avqustun 1-də Xaçmaz rayonunun Nabran kəndi ərazisində dənizdə çimərkən batan 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti avqustun 7-də Rusiya Federasiyası, Dağıstan Respublikasının Dərbənd rayonunda, dəniz sahilində tapılıb. P.İ.Həsənovun axtarışı Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dayandırılıb.
 
09:57
 
Avqust 2-i Xəzər dənizinin Nabran ərazisində yerləşən çimərlikdə boğulan 11 yaşlı oğlanın meyiti tapılıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 2008-ci il təvəllüdlü Həsənov Polad İlham oğlunun meyiti Xəzərin Rusiya Federasiyasının Dərbənd şəhəri sahilində aşkarlanıb.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 849

Oxşar yazılar