Haşimi Rəfsəncani də prezident olmaq istəyir
11 may 2013 20:04 (UTC +04:00)

Haşimi Rəfsəncani də prezident olmaq istəyir

İran Məsləhət Şurasının sədri, sabiq prezident Əliəkbər Haşimi Rəfsəncani iyunun 14-də keçiriləcək prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyata alınma mərhələsinin sonuncu günündə seçki marafonuna qatılmaq barədə qərar qəbul edib.


 

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, H. Rəfsəncani bu gün son anda prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün müraciət edib.

 

Qeyd edək ki, namizədlər sırasında İran prezidenti Mahmud Əhmədinejadın qardaşı Davud Əhmədinejad, birinci vitse-prezident Məhəmmədrza Rəhimi, prezidentin qudası İsfəndiyar Rəhim Məşayi, Əhmədinejadın mətbuat məsələləri üzrə sabiq müşaviri Əli Əkbər Cavanfikir, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst, parlamentin sədr müavini Məhəmmədhəsən Əbuturabifərd, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin yanında Strateji Şuranın sədri, sabiq nazir Məhəmməd Şəriətmədari, Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf, sabiq xarici işlər naziri Mənuçöhr Möttəki, keçmiş təhsil naziri Həmidrza Hacıbabayi, sabiq əmək, və sosial rifah naziri Pərviz Kazımi, keçmiş daxili işlər naziri Sadiq Xəlilian və başqaları da var.

 

Maraqlıdır ki, İran prezidenti qudası İ. Məşayi ilə prezidentliyə namizədlərin qeydiyyata alınması üçün yaradılmış seçki qərargahına birlikdə gəlib və orada əl-ələ tutaraq hər ikisi də qələbə işarəsi göstərib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar