Hamilə qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başladı
16 oktyabr 2014 15:59 (UTC +04:00)

Hamilə qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol qəzasını törətməkdə təqsirli bilinən Ehtiram Müzəffərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Dövlət ittihamçı ittiham aktını elan edib.

 

Məhkəmə prosesinin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə bu ilin iyunun 27-də Abşeron rayon, Hökməli qəsəbəsində qeydə alınıb. Qobu qəsəbə sakini Etiram Müzəffərli idarə etdiyi “ZİL” markalı yük avtomobili ilə yolu keçmək istəyən Fərhad Nuriyev və onun həyat yoldaşı Səbinə Əməşovanı vurub. Qəza zamanı hamilə qadın dünyasını dəyişib. Onun həyat yoldaşı ağır bədən xəsarətləri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

# 902
avatar

Səlcuq Elçin

Oxşar yazılar