Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi “Mazımçay” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, yoxlama zamanı avtomobilin sürücüsünün şalvarının cibində bir ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 0,3 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.