Gürcüstandan gələn Azərbaycan vətəndaşında qanunsuz telefonlar aşkarlandı
07 mart 2018 09:54 (UTC +04:00)

Gürcüstandan gələn Azərbaycan vətəndaşında qanunsuz telefonlar aşkarlandı

 

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşında qanunsuz telefonlar aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin arxa sol "qanadının" içərisində 49 ədəd müxtəlif markalı telefonlar, qabaq sol "qanadında" isə həmin telefonlara aid 49 ədəd qutu aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 150
avatar

Oxşar yazılar