Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.
APA-nın xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.