G. Əhmədovanın sözlərinə görə, oğlu Toğrul Əhmədov dünən hərbi xidmətə yola düşüb: “Hansı hərbi hissədə xidmət edəcəyini hələ bilmirik. Lakin əminəm ki, oğlum vətənə layiqincə xidmət edəcək”.
G. Əhmədova oğlunun əsgərliyə yola düşməzdən əvvəl atasına məktub yazdığını da bildirib: “Toğrulu hərbi xidmətə yola salıb evə qayıdanda masanın üstündə onun məktubunu gördük. Oğlum atasına yazıb: “Cənab zabit, Qarabağda müharibə başlasa, səni gözləyəcəm””.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü T. Əhmədov ABŞ-da təhsil alıb və təhsilini başa vurandan sonra bir müddət Maliyyə Nazirliyində çalışıb.