Noyabrın 19-da Amid Həsənovun həyətindən 60 göyərçin oğurlamış Mehdiabad qəsəbə sakini tutulub.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da A. Həsənovun həyətindən 60 göyərçin oğurlamış Mehdiabad qəsəbə sakini Muradxan Orduxanov saxlanılıb.