Göyçayda yanğınsöndürənlər  iki azyaşlı uşağı xilas ediblər
24 aprel 2014 22:45 (UTC +04:00)

Göyçayda yanğınsöndürənlər iki azyaşlı uşağı xilas ediblər

0

Göyçayda yanğınsöndürənlər mənzildə köməksiz qalan iki azyaşlı uşağı xilas ediblər.


FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Müşfiq Məmmədov APA-ya verdiyi məlumata görə, xilasetmə əməliyyatı bu gün saat 21:30 radələrində şəhərin Bakı küçəsi, bina bir, mənzil 16-da həyata keçirilib.

Beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə yaşayan 1983-cü il təvəllüdlü Nəsirov Namiq Nərimanov FHN-nin "112" qaynar xəttinə zəng edərək 2 azyaşlı uşağının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığını bildirib.

Dərhal hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər xüsusi alətlərlə qapını açaraq mənzilin eyvanından içəri daxil olublar. Bölmə komandiri Ramin Məmmədov APA-ya bildirib ki, əməliyyat nəticəsində 3 yaşlı Nəriman Nəsirov və bir yaşlı Nurhan Nəsirov xilas edilərək valideynlərinə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar