Göyçayda reyd keçirilib
02 iyul 2013 13:33 (UTC +04:00)

Göyçayda reyd keçirilib

Göyçayda limonad istehsal edən müəssisədə ciddi qanun pozuntuları aşkar edilərək onun fəaliyyətinə məhdudiyyət qoyulub. Lent. az-ın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Yevlax Ərazi İdarəsinin əməkdaşları Göyçayda limonad sexlərində reyd keçiriblər. Məlumata görə rayonun Cəyirli kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Seymur Ziyad oğluna məxsus spirtsiz içki istehsal olunan sexə baxış keçirilərkən orada ciddi qanun pozuntuları aşkar edilib. Reyd zamanı  limonad istehsal edən müəssisənin uyğunluq və gigiyenik sertifikatlarının, resepturanın olmadığı, ölçü vasitələrinin yoxlamadan keçmədiyi, sanitar normalara əməl edilmədiyi aşkar edilib. Bundan əlavə mütəxəssislərin rəyinə əsasən sexdə texnoloji reqlamentə əməl edilmir və müəssisə limonad istehsalı üçün yararsız sayılır. Komitənin əməkdaşları sexə iradnamə və tələbnamə yazıb, inzibati protokol tərtib ediblər, istehsala və satışa məhdudiyyət qoyublar.

 

Reydlər davam etdirilir.

 

# 481
avatar

Oxşar yazılar

Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30
Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI -FOTO

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI-FOTO

17 may 2024 , 01:20
Bakıda AĞIR QƏZA:  Üç maşın toqquşdu -FOTO

Bakıda AĞIR QƏZA: Üç maşın toqquşdu -FOTO

17 may 2024 , 01:09
Bakıda gənc oğlan BIÇAQLANDI

Bakıda gənc oğlan BIÇAQLANDI

16 may 2024 , 22:06
Siyəzəndə  İNTİHAR:   Kişi özünü görün harada asdı

Siyəzəndə İNTİHAR: Kişi özünü görün harada asdı

16 may 2024 , 20:00