Sentyabrın 4-də Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1080 kv.m olan talvar altında olan dülgər sexinin 30 kv.m sahədə yanar konstruksiyaları və talvar altına yığılmış 4000 ədəd taxta tara yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sexin və taxta taraların qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.