Goranboyda dəhşətli yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinindən Lent.az-a verilən məlumata görə, Səmədabad kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m² sahədə yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi 1944-cü il təvəllüdlü Usanova Şamaxı Baxış qızı tüstüdən boğulmuş halda xəstəxanaya aparılıb və orada vəfat edib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.