Goranboyda bıçaqlanma
23 avqust 2015 00:59 (UTC +04:00)

Goranboyda bıçaqlanma

0

Goranboyda 36 yaşlı kişi bıçaqlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1979-cu il təvəllüdlü Zaur Quliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən Z. Quliyevin vəziyyəti orta ağır qiymətləndirilir. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar