Goranboyda ağır qəza: ölən və yaralanan var
08 yanvar 2015 20:49 (UTC +04:00)

Goranboyda ağır qəza: ölən və yaralanan var

Bakı-Qazax magistralında bir nəfərin ölümü, bir nəfərin  yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 20 radələrində magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. “VAZ 2106” markalı avtomobil yol ilə hərəkət edən traktora çırpılıb. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

 

Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 242

Oxşar yazılar