Goranboyda 81 yaşlı sərxoş kişini maşın vurdu
21 noyabr 2015 22:20 (UTC +04:00)

Goranboyda 81 yaşlı sərxoş kişini maşın vurdu

0

Goranboy rayon sakini bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəliməmmədli şəhər sakini, 1934-cü il təvəllüdlü Saməddin Abbasov sərxoş vəziyyətdə bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, S. Abbasov yol-nəqliyyat qəzası nəticəsində xəsarət alıb.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 465

Oxşar yazılar