Gömrükçülər 4 ədəd möhür və 2 ədəd ştamp aşkar edib
29 dekabr 2012 12:08 (UTC +04:00)

Gömrükçülər 4 ədəd möhür və 2 ədəd ştamp aşkar edib

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “Setra” markalı sərnişin avtobusuna gömrük baxış keçirilib. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Baxış zamanı həmin avtobusun sürücüsü Azərbaycan vətəndaşı Saday Mürşüdov tərəfindən gömrük bəyannaməsində qeyd edilməyən və heç bir müvafiq sənədi olmayan, tutacaq yerlərində Rusiyanın gerbi təsvir olunan, üzərində - “Azərbaycan Respublikası Şəmkir rayonu İcra Hakimiyyəti Ümumi Şöbə”, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoru Dövlət Notariusu Qurbanov Siyavuş Heydər oğlu”, “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Bələdiyyəsi”, “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Kəndi Yerli Aqrar İslahat Komissiyası” yazılmış 4 ədəd möhür, tutacaq yerlərində Rusiya Federasiyasının gerbi təsvir olunmuş, üzərində - “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Bələdiyyəsi”, “Azərbaycan Respublikası Şəmkir rayonu Sabirkənd Kəndi Aqrar İslahat Komissiyası” yazılmış 2 ədəd ştamp, həmçinin “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş Şəhadətnamə”nin, Şəmkir rayon Aqrar İslahat komissiyasının 30 noyabr 2002-ci il tarixli, 96 saylı protokolundan Çıxarışın və Arayışın surətləri aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar