Gömrükçülər 16 min ədəd siqaret aşkar edib
30 iyun 2016 11:25 (UTC +04:00)

Gömrükçülər 16 min ədəd siqaret aşkar edib

0

 

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə “Ford Tranzit” markalı, yük avtomobilində tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətiriləcəyi barədə məlumat daxil olub.

 

Lent.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat əsasında Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycana ərik yükü gətirən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili əsaslı şəkildə  yoxlanılıb. Yoxlama zamanı avtomobilin yük yerindəki ərik yeşiklərinin arasından, malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 16 min ədəd siqaret aşkar edilərək götürülüb.

 

 Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 237

Oxşar yazılar