Gömrük Komitəsində andiçmə mərasimi keçirilib - YENİLƏNİB
10 may 2014 13:41 (UTC +04:00)

Gömrük Komitəsində andiçmə mərasimi keçirilib - YENİLƏNİB

 Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yeni işə qəbul olunan əməkdaşlarının andiçmə mərasimi keçirilib.

 

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən DGK-nin sədr müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük orqanlarına işə qəbulla bağlı andiçmə mərasiminin əlamətdar günə təsadüf etdiyini söyləyib.

 

Heydər Əliyevin həyat və fəaliyyətinə toxunan S. Mehdiyev onun bütün ömrünü Azərbaycan dövlətinin qurulması, qorunması və inkişafına sərf etdiyini bildirib.

 

O, ölkədə gömrük xidmətinin formalaşmasında Heydər Əliyevin rolundan da bəhs edib. 

 

“Bildiyiniz kimi, bu gün ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür. Azərbaycan xalqının xilaskarı, dövlətimizin qurucusunun anadan olmasının 91-ci ildönümü respublikanın hər tərəfində qeyd olunur. Siz belə bir gündə and içdiyinizdən öz üzərinizə düşən məsuliyyəti daha aydın dərk etməlisiniz. İnanırıq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə sözsüz əməl edəcək, andınıza sadiq qalacaq, üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirəcəksiniz” deyən S. Mehdiyev işə yeni qəbul olunanlara uğurlar arzulayıb.

 

Daha sonra komitədə təşkil olunan təntənəli mərasimdə 22 yeni əməkdaş gömrük orqanlarında xidmətə başlamaq üçün and içib. 

# 821
avatar

Oxşar yazılar