Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri işğal altındakı Dağlıq Qarabağda həbsdə saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb. Lent.az-ın məlumatına görə, bu barədə Ermənistanın news.am saytına Beynəlxlaq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin rəhbəri Zara Amatuni bildirib.
Zara Amatuni bildirib ki, sonuncu dəfə yanvarın 16-da girovlarımızla baş tutan görüş sayca səkkizincidir.
Xatırladaq ki, ermənilərin təşkil etdiyi qondarma məhkəmə Kəlbəcərdə girov düşən Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.