Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov təzə vəzifəyə təyinat alıb.
Lent.az-ın məlumatına görə, Səhiyyə Nazirliyindən modern.az-a bildirlib ki, Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına baş həkim təyin olunub.
Fikrət Zeynalov bu yaxınlaradək Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi vəzifəsini tuturdu. Lakin 4 saylı şəhər Klinik Xəstəxanası bir müddət öncə səhiyyə nazirinin müvafiq əmrinə uyğun olaraq bağlandığından Fikrət Zeynalov işsiz idi.
Qeyd edək ki, Zeynalovların daha bir qardaşı yüksək vəzifədə çalışır. Bu, Tovuz rayonu İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovdur.