APA-nın qərb bürosunun verdiyi məlumata görə, saat 17-dən başlayan yağış təxminən bir saat davam edib. Leysan xarakterli yağış suları Gəncənin bir neçə hissəsində yaşayış evlərinin zirzəmisinə dolub. Şəhərin Şəddadilər, Dadaş Bünyadzadə, Şah İsmayıl prospektində küçədən axan sular evlərin həyətinə və zirzəmilərə axıb. FHN-nin əməkdaşları xüsusi texnikanın köməyi ilə leysan sularının mənzillərdən təmizlənməsi işi ilə məşğul olurlar. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və bir sıra aidiyyəti orqanların rəhbərləri su dolan evlərə baş çəkiblər, vəziyyətlə yerindəcə tanış olaraq yaranan problemlərin aradan qaldırılması istiqamətində iş aparırlar.