
Gəncənin mərkəzində qəza: yaralılar var
Gəncədə iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin “Dəyirman dairəsi” adlanan ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 26 yaşlı Ayxan Məsimovun idarə etdiyi “Touareg” markalı avtomobillə şəhər sakini, 32 yaşlı Bəxtiyar Orucovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 2107”də olan sərnişinlər Tural Oruclu və Nemət İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Oxşar yazılar

Şəkidə Bakıdan olan ailə qəzaya düşdü: Yaralandılar
5 iyul 2025 , 15:29
Zaqatalada minik maşınları TOQQUŞDU: Ölən və yaralananlar var - YENİLƏNİB
5 iyul 2025 , 15:04
3 qardaşı bir-birinin ardınca qətlə yetirdi
5 iyul 2025 , 14:05
Mingəçevirdə avtobusun vurduğu qadın xəstəxanada öldü
5 iyul 2025 , 13:19
Bulvarda həyəcanlı anlar: Polis gənc qızı xilas etmək üçün özünü dənizə atdı - VİDEO -YENİLƏNİB
5 iyul 2025 , 12:08
Sabirabadda gənc oğlan Kür çayında boğuldu
5 iyul 2025 , 09:52
Bakıda üç avtomobil toqquşdu
5 iyul 2025 , 03:08