Gəncədən sərnişin avtobusu ilə Bakıya 8 kilo nəşə gətirdi
20 noyabr 2015 12:40 (UTC +04:00)

Gəncədən sərnişin avtobusu ilə Bakıya 8 kilo nəşə gətirdi

0
Gəncədən 8 kiloqram narkotik maddəni sərnişin avtobusu ilə Bakıya gətirən Elman Mirzəyev həbs olunub.
 
Binəqədi Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər sakini Elman Mirzəyevin əlindəki torbaya baxış zamanı 8 kiloqram 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
E. Mirzəyev ifadəsi zamanı narkotik maddəni satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib: "Satmaq məqsədilə gətirmişdim, polis əməkdaşları tutdu".
 
Qeyd olunan faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar