Oktyabrın 1-də Gəncə şəhərində faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə şəhərindəki beton zavodunda orada işləyən Mehman Rüstəmov qaynaqla çəni kəsərkən çən onun üstünə düşüb. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.