Gəncədə itkin düşdüyü güman edilən yeniyetmə qızın qaçırıldığı müəyyən edilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, iyunun 18-dən axtarışda olan Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü S. Mahmudovanın yeri polis əməkdaşları tərəfindən Goranboy rayon kəndlərinin birində aşkarlanıb. Məlum olub ki, yetkinlik yaşına çatmayan qız qonşusu, 24 yaşlı V. Həsənov tərəfindən Goranboy rayonuna qaçırılıb.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.