Gəncədə üçəm oğlan dünyaya gəldi
19 yanvar 2015 22:33 (UTC +04:00)

Gəncədə üçəm oğlan dünyaya gəldi

Gəncə şəhərində üçəm dünyaya gəlib. Dünyaya gələn körpələrin üçü də oğlandır. Bu, yeni ildə ölkəmizdə ilk üçəm doğulması faktıdır.

 

APA TV-nin xəbərinə görə, üçəm oğlan uşaqlarını Gəncə şəhər sakini, 23 yaşlı ana Ramilə Əmrahova dünyaya gətirib. Doğuş qeysəriyyə əməliyyatı ilə olub. Hər üç uşaq və ana tam sağlamdır.

 

Uşaqların çəkisi 2 kq 100 qram, 2 kq, 1 kq 800 qramdır, tənəffüs çatışmazlıqları yoxdur.

 

Əmrahovlar ailəsində dünyaya gələn üçəm körpələrə Həsən, İbrahim və Məhəmməd adları qoyulub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar