Gəncədə üç avtomobil toqquşdu: <b>2 yaralı</b>
26 fevral 2018 20:31 (UTC +04:00)

Gəncədə üç avtomobil toqquşdu: 2 yaralı

0

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, zəncirvarı qəza hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

 

“Toyota-Prado”, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobİllərin toqquşması nəticəsində “VAZ 2106” olan iki sərnişin xəsarət alıb. Onlardan biri, 1995-ci  təvəllüdlü Mustafayev Səbail Sabir oğlu xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti normaldır. Digər şəxsin yüngül xəsarət aldığı bildirilir.

 

 Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar