Gəncədə qətl hadisəsi törədilib. Lent. az-ın məlumatına görə, bu barədə Media Mərkəzinə Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə bu gün səhər saatlarında şəhərin Kəpəz rayonu ərazisində baş verib. Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 23 yaşlı Ceyhun Hüseynov əvvəllər məhkum olunmuş həmyerlisi sakini 25 yaşlı Bəhruz Mehrəliyev tərəfindən bıçaqlanaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.