Gəncədə soyğunçuluq etdiklərinə görə tutulmuş şəxslərin başqa əməllərinin də üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, soyğunçuluq etdiklərinə görə tutulmuş Elxan Yaqubovun və Adil Nuriyevin ətraflarında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 5-dən 25-dək olan müddətdə Goranboy rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə birgə rayon ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə E.Qənbərov, Ş.Hacıyev və A.Allahverdiyeva saxlanılıblar.
Saxlanılanlar ətrafında araşdırmalar davam etdirilir.