Gəncədə mağaza yanıb
28 iyul 2016 18:41 (UTC +04:00)

Gəncədə mağaza yanıb

0

Gəncədə mağazada yanğın hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Daş Körpü adlanan ərazisində yerləşən inşaat malları satılan mağazada baş verən yanğını söndürmək üçün əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Hazırda alovun söndürülməsi və yanğının qonşu tikililərə keçməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar