Gəncədə 9 və 86 yaşlı piyadaları maşın vurub.
Gəncə şəhər Baş Polis İdarəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə, hadisələrdən biri ötən gecə saat 21.00 radələrində Ruzigar Qasımov küçəsində baş verib.
Şəhər sakini 34 yaşlı Sədaqət Qurbanova 9 yaşlı oğlu Hümbətov Nizami Rafael oğlu ilə məişət tullantıları atmaq üçün evdən çıxıb, yolu keçərkən şəhər sakini Babayev Eminin idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində Sədaqət Qurbanova ağır xəsarət alıb, övladı isə dünyasını dəyişib.
Ölümlə nəticələnən digər hadisə isə bu gün səhər saatlarında Şah İsmayıl Xətai prospektində baş verib.
Gəncə şəhər sakini, 1928-ci il təvəllüdlü Əntiqə Allahverdiyevanı avtomobil vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Onu vuran sürücü isə hadisə yerindən qaçıb.
Hər iki fakt üzrə cinayət işi açılıb. İstintaq gedir.