Gəncədə hərbi şəhərcikdə yanğın
02 iyul 2013 03:39 (UTC +04:00)

Gəncədə hərbi şəhərcikdə yanğın

Gəncənin 38 saylı hərbi şəhərciyində ev yanır. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindənAPA-nın qərb bürosuna verilən məlumata görə yanğın saat 02.20 radələrində başlayıb. İdarədən bildiriblər ki, hərbi şəhərcikdə taxtadan olan ev yanır və alovun başqa tikililərə keçmə ehtimalı yüksəkdir. Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb edilib. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

 

# 799
avatar

Oxşar yazılar