Gəncədə yerləşən 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə heroin keçirən şəxs saxlanılıb. Lent.az-ın məlumatına gör, bu barədə Gəncə Media Mərkəzinə şəhər Baş Polis İdarəsindən bildiriblər. Məlumata görə, Şəmkir rayon sakini, 32 yaşlı Arxayın Məmmədov 1.877 qram narkotik maddə hesab edilən heroini cəzaçəkmə müəssisəsinə keçirən zaman nəzarətçilər tərəfindən saxlanılıb.
Faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb.