Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, noyabrın 25-nə keçən gecə şəhər sakini Yusif Qasımova məxsus mağazadan qapısı sındırılıraq ərzaq məhsulları və tütün məmulatı oğurlanıb. Polis əməkdaşlarının aparıdığı əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Nəcəfov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.