Gəncədə ev yanıb
27 aprel 2014 14:44 (UTC +04:00)

Gəncədə ev yanıb

0

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, yanğın hadisəsi səhər saatlarında şəhərin Firdovsi küçəsi ev 22 ünvanında baş verib. 1967-ci il təvəllüdlü Sizar Qasımova məxsus ümumi sahəsi 200 kvadratmetr olan 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün 60 kvadratmetr yanar konstruksiyaları, aynabəndin yanar konstruksiyaları, 45 kvadrtametr sahədə ev əşyaları, 2 otağın giriş qapıları və 2 ədəd pəncərə çərçivəsi yanıb. Yadisə yerinə 4 yanğınsöndürmə avtomobili cəlb edilib və evin qalan hissəsi yanğından mühafizə olunub.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 786

Oxşar yazılar