Gəncə şəhərində 26 yaşlı qadın 7 yaşlı oğlu ilə birlikdə itkin düşüb. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Bəhruz Əliyev polisə müraciət edərək bildirib ki, 1987-ci il təvəllüdlü bacısı Ramilə Əliyeva 7 yaşlı oğlu Ruhin Sadıqovla birlikdə ailə üzvlərinə xəbər vermədən evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.