Gəncədə "Shacman" mikroavtobusla toqquşub, xəsarət alan var - FOTO
25 iyul 2019 22:56 (UTC +04:00)

Gəncədə "Shacman" mikroavtobusla toqquşub, xəsarət alan var - FOTO

0

 

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, avtoqəza Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, 30 yaşlı Orxan adlı sürücünün 1 saylı şəhərdaxili xətt marşrutu üzrə idarə etdiyi “Hyundai” markalı mikroavtobus “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü xəsarət alıb. Xəstəxanaya yerləşdirilən sürücünün vəziyyəti orta-ağır kimidir.

Hadisə şahidlərin sözlərinə görə, yük maşını işıqforun qırmızı işığında yolu keçərkən mikroavtobusun yoluna çıxıb. Ancaq həmin vaxt mikroavtobusda sərnişin olmayıb.

Yol qəzasının təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar