Gəncədə “VAZ" “Rang Rover”lə toqquşdu, yaralı var
20 dekabr 2015 01:43 (UTC +04:00)

Gəncədə “VAZ" “Rang Rover”lə toqquşdu, yaralı var

0

Gəncədə sürücünün yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. “VAZ 2104” markalı avtomobillə “Rang Rover” toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü, 1993-cü il təvəllüdlü Əli Şəmsiyev xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar