Gəncədə 12 yaşlı uşaq dəm qazından öldü
20 yanvar 2015 00:36 (UTC +04:00)

Gəncədə 12 yaşlı uşaq dəm qazından öldü

Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə sentyabrın 19-da saat 21 radələrində baş verib.

 

Şəhərin Nəriman Nərimanov prospekti 1-ci döngə ev 6-da yaşayan 2003-cü il təvəllüdlü Zeynalov Qəhrəman Nizami oğlu yaşadığı evin vanna otağında çimərkən dəm qazından boğulub.

 

12 yaşlı oğlan dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar