Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan fabrikinin dördmərtəbəli inzibati binasının 3-cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş verib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
10.27
Gəncədə yanğın hadisəsi baş verib.
Gəncə Yanğından Mühafizə İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə Karamel Fabrikində yanğın saat 10 radələrində başlayıb.
Hadisə yerinə 5 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğının fabrikin müdirinin otağından başladığı bildirilir.
Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.