Gəncə, Bərdə və Ağcabədidə yanğın olub
28 dekabr 2014 12:53 (UTC +04:00)

Gəncə, Bərdə və Ağcabədidə yanğın olub

0

Bu gün Gəncə şəhəri, Nizami rayonunda yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:30-də söndürülüb.

 

Oxşar hadisə Bərdə rayonu, Körpüsındıran kəndində də qeydə alınıb. Vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 800 kq-ı yanıb. Ağcabədi rayonu, Şənlik kəndində isə (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan birmərtəbəli 2 otaqlı evin çardağının yanar  konstruksiyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar