Gənc oğlanın meyitni xəstəxanada atıb qaçdılar - FOTO
Bu saatlarda Gəncə şəhərində 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu ona məxsus “VAZ 2107” markalı avtomobildə huşsuz vəziyyətdə yoldaşları tərəfindən Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
APA-nın yerli bürosunun məlumatına görə, T.Teymurov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinin həkimi tərəfindən müayinə edilib.
Həkim xəstəyə baxdıqda gəncin öldüyünü bildirib. Bu zaman gənci gətirən naməlum şəxslər hadisə yerindən qaçıblar. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Əldə edilən məlumatıa görə, T.Teymurovun narkotik aludəçisi olduğu bildirilir. Elə onun bu səbəbdən öldüyü deyilir.
Faktla bağlı araşdırna aparılır.
756