Bəxtiyar Hacıyevlə bağlı məhkəmə prosesi sabaha qədər təxirə salınıb. Lent.az-ın xəbərinə görə, hakim kamera görüntülərinin tələb edilməsi barədə qərar qəbul eidlib.
***
18:30
Bəxtiyar Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur. Lent.az-ın "qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə o, özü məlumat verib.
Bu maddə ilə ittiham olunan şəxsi əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
**
18:09
Bu gün Bakıda yol polisi əməkdaşı ilə insident yaşayan Bəxtiyar Hacıyev Yasamal rayon Məhkəməsinə aparılıb.
**
16:40
Bəxtiyar Hacıyevin işi 27-ci polis bölməsindən məhkəməyə göndərilir. Bu barədə Lent.az-a B.Hacıyevin özü məlumat verib. O bildirib ki, hazırda sənədlərin hazırlanmasını gözləyir. Sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.
**
14:09
Yasamal rayon 27-ci polis bölməsindən Lent.az-a bildirilib ki, hazırda bölmədə vətəndaş Bəxtiyar Hacıyevdən izahat alınır. Bölmədən bildiriblər ki, dövlət yol polisinin əməkdaşı B.Hacıyev barəsində raport yazıb.
**
13:16
Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev yol polisi əməkdaşının təzyiqinə məruz qaldığını bildirib. Bu barədə Lent.az-a Bəxtiyar özü məlumat verib.
O iddia edib ki, yol polisi əməkdaşı kameraların qarşısında ona fiziki güc tətbiq edib. Yol polisi əməkdaşı da eyni zamanda B.Hacıyevdən şikayətçi olub. O da öz növbəsində Hacıyevin ona fiziki güc tətbiq etdiyini iddia edib. Hazırda hər iki şəxs Yasamal rayon 27-ci polis bölməsinə gedir.